Minimalizm

image

Minimalizm nədir?
Minimalizm mənim üçün həyatımızın böyük qismini əhatə edən, əlimizin altında olan amma istifadə etmədiyimiz, bizi yaxşı hiss etdirməyən nə varsa bütün bulardan qurtulmaqdır. Çox təəssüf ki, minimalizm bir o qədərdə yayğın olan anlayış deyil və bəzən də çoxları tərəfindən yanlış anlaşılır. Bir çox insan özlərini sübut etmək üçün əşyalardan istifadə edir. Kimisi son model avtomobili ilə kimisi telefonu…
Yəqinki sizində ətrafınızda belələri var. Əslində isə bütün bu əşyalar anlıq olaraq bizi yaxşı hiss etdirsədə sonradan həyatımızın, beynimizin bir hissəsini rahatca doldura bilir və bizlər ekstra olaraq yoruluruq. 2 ev düşünün birinin içində olduqca çox əşya olsun, digərinin isə içində az amma doğurdanda lazımlı əşyalar olsun. Təbii ki 2ci təsəvvür etdiyiniz evdə yaşamaq daha asandı. Həm təmizliyi də daha asan və tez başa gəlir, vaxta da qənaət etmiş olursunuz.  Bu lazımsız, istifadə etmədiyiniz , bəyənmədiyiniz əşyalarından bir dəfəlik qurtula bilməyəcəksiz elə buna görə də kiçik addımlarla başlayın. Məsələn bir gün kitab şkafınıza, digər gün mətbəxinizə.. minimalist toxunuşlar etməyə çalışın. Bəyənmədiyiniz amma hələ də istifadəyə yararlı əşyalarınızı ehtiyacı olanlarda bağışlaya bilərsiz. Minimaliz təkcə əşyalardan qurtulmaqla bitmir eyni zamanda ehtiyacımız olmadığı halda almağıda dayandırmalıyıq. Və bu anlayışı əşyalarla məhdudlaşdırmayıb həyatınızda geniş şəkildə istifadə etməyə çalışın( bu haqqda digər yazılarımda paylaşacam)

image