Muhammad Ali

image

Müsəlman olmadan öncəki adı Kassius Marsellus Klay  olan Muhammad Ali mənim sözün esl mənasında motivasiya qaynağımdır. 12 yaşında velosipedinin oğurlanmasından sonra boksla tanış olur , 18 yaşında isə Roma Olimpiya oyunlarında qızıl medal qazanır. Qayıtdıqdan 2gün sonra Luisvilldə bir restoranda sadəcə ağdərili insanlara xidmət edildiyini öyrənəndə qızıl medalını Ohio çayına atmışdır. 1966-cı ildə Atlanta Olimpiya Oyunlarının mənşəlini alovlandırmaq ona həvalə edilir. Həmin mərasimdə ona edilmiş irqi ayrı seçkiliyə görə ABŞ höküməti üzr istəmişdir.
1964-cü ildə Dünya Çempionu olmuşdur və bundan sonra İslam dinini qebul etdiyini açıqlamışdır. 1967-1970 illərdə boksa ara vermişdir. Bu 3illik aranın səbəbi isə Vietnam müharibəsində  iştirak etməməsi idi. Buna görə də 5illik həbs və 10min dollar pul cəzası verilmişdir. Ailəsinin köməyi və pul qarşılığında universitetlərdə etdiyi çıxışlarla ( bu çıxışlar İslamiyyətlə bağlı olmuşdur) keçimini təmin etmişdir.
2001-ci ildə baş rolda Will Smith’in olduğu filmdə Muhammad Alinin həyatı canlandırılmışdır. Eyni zamanda bioqrafik roman da yazılmışdır. Time jurnalının açıqladığı “Tarixin Ən Dahi 100 Şəxsiyyəti” arasında yer almışdır.

image

1978-ci ildə boks fəaliyyətini dayandırmışdır.  Parkinson xəstəliyindən uzun müddət eziyyət çəkmişdir. 3 iyunda isə həyata gözlərini yummuşdur.

MUHAMMAD ALİ’NİN UNUDULMAZ SÖZLƏRİ

Hər günü son gün imiş kimi yaşa,çünki bir gün bu son olacaq.

image

  

 
Xəyal gücü olmayan insanın qanadları yoxdur.

image

Ağlım onu anlaya bilir və qəlbim ona inana billirsə , dəməli o zaman bacara bilərəm.

image

Risk almaq üçün yetərincə cəsur olmayanlar , həyatda heçnəyi bacara bilməzlər.

image

Kəpənək kimi uçar , arı kimi sancaram.

image